Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun müalicə üçün İstanbula apardığı Ağdaş sakini Ramin Məmmədov artıq Azərbaycana qayıdıb.
Yeniavaz.com-a açıqlama verən R.Məmmədov ona diqqət və qayğı göstərən, müalicəsi üçün əlindən gələni edən "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimova xüsusi təşəkkür edib:
"Mənə kömək edən bütün insanlar sağ olsun. Mübariz müəllimə ayrıca təşəkkür etmək istəyirəm. O məni çağırtdırdı Türkiyəyə, mənə dəstək oldu müalicə xərclərimi öz üzərinə götürdü. Mən həmişə deyirəm, elə bil o məni məzardan çıxartdı. Allah ondan razı olsun! Ancaq çox təəssüf ki, mən Mübariz müəllimi görə bilmədim. Ən azından özünə təşəkkür edə bilmədim".
Ramin Məmmədov hal-hazırda ən böyük probleminin işsizlik olduğunu bildirib: "Düzdür üzümdə şiş var o da çəkilib gedəcək. Ancaq ən böyük problemim işsizlikdi. Məndən başqa evə çörək gətirən yoxdur. Mənə uyğun iş olsa, işləyib ailəmi saxlayaram".
Qeyd edək ki, Ramin Məmmədov 2018-ci ildə Yeniavaz.com-a müraciət edərək həkimin səhv əməliyyatından sonra üzündə şiş yarandığını bildirmişdi. Bu müraciətdən sonra Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov R.Məmmədovun müalicə xərclərini öz üzərinə götürmüşdü.
İşlə bağlı kömək etmək istəyənlər 050 433 21 23 nömrəsi ilə əlaqə saxlaya bilərlər. İlkin Uğur