Hər kəs 75 yaşlı Əsmər nənədən danışır - VİDEO


"Mən heç torpağımı qoyub gedərəmmi?".
Yeniavaz.com xəbər verir ki, bu sözləri düşmənlə üz-üzə yaşayan Qazaxın Quşçu Ayrım kənd sakini 75 yaşlı Əsmər Cəfərova kənddə çəkiliş aparan Tural Yusifliyə deyib. Sosial şəbəkələrdə paylaşılan həmin görüntülər bir çox izləyici tərəfindən bəyənilib. Görüntülərdə bir oğlunun şəhid olduğunu deyən Əsmər nənə qəzalı evdə yaşadığını və köməyə ehtiyacı olduğunu qeyd edir. O həmçinin vurğulayır ki, şəraitsiz vəziyyətdə yaşasa da torpağını qoyub heç yerə gedən deyil: "75 ildi mən burada yaşayıram. Camaat getsə də mən burada, kəndimdə öləcəm. Torpaq anadır! ana! Oğlum kənddə dəfn olunub, mən onu qoyub hara gedim? Sizin kimi oğullara arxalanmışam".

DİGƏR XƏBƏRLƏR

Top