Yeni İl bayramında qar olacaqmı? - Nazirlikdən AÇIQLAMA

Dekabrın 13-də Bakıda yağışlı hava müşahidə olundu. Yeni İlə sayılı həftələr qalmış əksəriyyətini bu sual maraqlandırır - bəs Bakıya qar da yağacaqmı?

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva “Yeni Müsavat”a açıqlama verib: “Builki Yenil İldə hava proqnozu ilə bağlı nəsə demək imkanımız yoxdur. Çünki uzunmüddətli proqnozlar çox zaman özünü doğrultmur. Yaxın həftə ərzində də qar gözləmirik.

Ümumiyyətlə, dekabr ayında qar çox nadir hallarda yağır. Son dəfə 2002-ci ildə hava çox soyuq keçmişdi. Xatırlayırsınızsa, həmin vaxt 18 gün ərzində havanın temperaturu 0 dərəcədən aşağı olmuşdu, uzun müddət soyuq hava müşahidə edilmişdi. Lakin builki dekabr ayında orta temperatur yüksəkdir, ona görə də son ongünlükdə də Bakıda qar gözləmirik. Qar olsa belə, onunun xəbərini Bakıdan almayacağıq. Bir sözlə, kəskin proses gözlənilmir”.

DİGƏR XƏBƏRLƏR

Top