Hüquq müdafiəçisi Oqtay Gülalıyevin yeni fotosu yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkədə foto paylaşılıb.
Bildirilir ki, bu fotolar dəhşətli olsa da, onun real görüntüsüdür: "Daxili orqanlarında xeyli fəsadlar var".
Həmin fotoları təqdim edirik:
Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.