"Hizbullah" liderinin köməkçisi Naim Qassəm BBC-yə verdiyi müsahibəsində bəzi dünya ölkələrini təhdid edib.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, Naim Qassəm ABŞ-ın uzun illərdir ki, terrora dəstək verdiyini deyib: "ABŞ "Hizbullah"ı dövlətin bir hissəsi kimi görmək istəmir. Ancaq, biz onları bu baxış tərzlərini dəyişməyə çağırırıq. Biz vacib olan öz vətəndaşlarımızın bizi necə görməsidir. ABŞ bizi terror təşkilatı kimi təqdim edir. Ancaq bizə terrorçu demələri onların doğru söylədiyi mənasını daşımır. Qeyd edim ki, ABŞ özü bilavasitə terror qruplarını himayə edir".
"Hizbullah" liderinin köməkçisi İranın onları dəstəklədiyini də bildirib: "Biz İranın himayəsi altında olduğumuzu inkar etmirik. Çünki, İran insan haqlarını müdafiə edən bir ölkədir. ABŞ, İngiltərə İsrail bizə qarşı hərəkət edirlər. Biz isə daha da güclənəcəyik, hərbi gücümüzü artıracağıq. Çünki, bizə qarşı olan ölkələr ancaq bu dildən anlayır.
Ruslan Yusibov