Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin nəvəsi Elturanın sosial şəbəkədə yerləşdirilən şəkli maraqla qarşılanıb.
Yeniavaz.com xəbər verir ki, şəkli Elçibəyin kürəkəni Aqil Səmədbəyli paylaşıb. O, Ankaraya təhsil almaq üçün gedən oğluna müvəfəqiyyətlər arzulayıb: “Dünən mən İstanbulda tələbə idim, bu gün oğlum Ankarada tələbədir. Yolun və bəxtin açıq olsun, ağıllı və yakışıklı oğlum”.