Mingəçevir şəhərində İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəi səyyar görüşü şəhərin A. Məmmədov küçəsinin sakinləri ilə keçirilib.
Yeniavaz.com xəbər verir ki, İ.İsmayılov sakinləri salamladıqdan sonra bu günə qədər şəhərdə görülən işlər barədə məluma verib. Bildirib ki, başlanılan işlər içərisində artıq “Dostluq” parkında 1,4 ha ərazidə işlər yekunlaşıb. A.Qurbani küçəsində 1 ha ərazidə salınan parkda isə işlər başa çatdırılıb. Şəhərin giriş qapısı ətrafında 2,4 ha ərazidə salınan “Seyrəngah” parkında işlər yekunlaşmaq üzrədir. 20 məhəllə abadlaşıb, 5 məhəllədə isə işıqlanma sistemilə tam təmin edilərək işlər başa çatıb: “Mən bu gün fürsətdən istifadə edib sizlərə bir şad xəbər vermək istəyirəm. Ötən həftə Prezident Administirasiyada olarkən mənə bildirildi ki, gördüyümüz işlərin davamı üçün Prezident Mingəçevirə əlavə vəsait ayıracaq. Bu cənab prezidentin Mingəçevirə olan diqqət və qayğısının bariz nümunəsidir. Bundan əlavə Mingəçevirin ən qlobal problemi olan binaların istilik sistemi ilə bağlı müraciətlərimiz cənab prezidentə çatdırılıb. Sizlər tərəfindən qaldırılan problemlər mərhələli şəkildə həll olunur. Ən vacib problem istilik problemidir artıq o da öz həllini tapmaq üzrədir”.
Görüşdə bina sakinlərindən Şıxı Yaqubov şəhərdə görülən işlərə görəölkə prezidentinə, icra başçısına minnətdarlıq edərək qeyd edib ki, 35 ildir bu ünvanda yaşayırıq ilk dəfədir ki, bizim məhəlləyə icra başçısı gəlir: “Sakinlər artıq öz problemlərini rahat şəkildə şəhər rəhbərliyinə çatdıra bilir. Bu bizim üçün sevindirici haldır. Mingəçevir bizə tikinti meydanını xatırladır”.
Digər çıxış edən bina sakinləridə ağacların budanması, məhəllələrin işıqlanması və binaların isidilməsi problemi olduğunu diqqətə çatdırıblar.
Sonda icra başçısı qaldırılan məsələlərlə bağlı aidiyyatı qurumlara öz tapşırıqlarını verdi və bildirdi ki, Mingəçevir onun üçün respublikanın 4-cü şəhəri yox, 1-ci şəhəridir: “Mən çalışacağam ki, Mingəçevirin keçmiş şöhrətini özünə qaytarım”.
Esmira Hidayətova, Mingəçevir