Şəhid ailələrinə və əlillərə ev verildi


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bölgələrdə inşa etdirilən daha 25 fərdi yaşayış evi şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
Yeniavaz.com-un məlumatına görə, cari ildə ölkəmizdə 4,2 milyon vətəndaşa ciddi şəkildə dövlət dəstəyinin göstərilməsini təmin edən sosial islahat paketləri çərçivəsində sosial ödənişlərdə əhəmiyyətli şəkildə artımlar edilməklə, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdləri, əlilliyi olan şəxslərə yönələn müavinətlər orta hesabla 100 faiz artırılıb. Eyni zamanda, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, cari ildə həmin kateqoriyadan olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq 511 mənzil və fərdi ev verilib. Qalan mənzil və fərdi evlər də cari ilin sonuna qədər veriləcək. Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7165 mənzil və fərdi ev təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Top