İcra başçısı sertifikat verdi - FOTO


Təcrübə keçən könüllülərə sertifikat verildi.

Yeniavaz.com xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov könüllülük fəaliyyətini bitirmiş gənclərə sertifikatlar təqdim edib. Başçı təqdimetmə mərasimində  çıxış edərək ölkəmizdə Könüllülük hərəkatının inkişafından söz açdı. Ölkə Prezidenti İlham Əliyevin Könüllülük hərəkatına göstərdiyi diqqətdən danışdı və könüllülərə qazandıqları  təcrübənin iş həyatlarında uğurla tədbiq etmələrini arzuladı. Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini,  İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildirdilər. Sonra  könüllülərə sertifikatlar təqdim olundu, xatirə şəkli çəkdirildi.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top