Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən məşhur taksi şirkətlərindən biri "UBER" İngiltərədə yeni lisenziya ala bilməyib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Londonun Nəqliyyat Agentliyi "UBER"in fəaliyyətinə son qoyub. Səbəb olaraq isə bəhs edilən taksi şirkətinin bəzi qanunsuz işləri göstərilib. Verilən məlumatlara əsasən, 2008-2019-cu illər arasında 14 min sərnişin "UBER" adına işləyən sənədsiz sürücülər tərəfindən daşınıb. Bu da həmin şirkətə yeni lisenziyanın verilməməsinə səbəb olub.
Ruslan Yusibov