Lüks elektronika əşyaları satan Rusiyanın “Caviar” şirkəti qızılla örtülü qulaqlıq satışa çıxarıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 67290 dollara (114393 AZN) satışa çıxan qulaqlıq 18 karat qızıldan hazırlanıb. “Caviar” firmasından qulaqlıq haqqında verilən açıqlamada bildirilib: “Qulaqlıqlar 75% orginal qulaqlığa sadiq qalsa da, “Apple” şirkətinin istehsal etdiyi “Airpod pro”dan bir az daha ağırdı. Bu lüks qulaqlıqlar sizə əvəzsiz zövq verəcək”.
Qeyd edək ki, “Caviar” firması daha əvvəl də piton dərisindən “iPhone” və timsah dərisindən saat istehsal hazırlayıb.
Firəngiz Quliyeva