Rusiyanın Krasnodar vilayətinin Armavir şəhər Sovetinin deputatı Aleksey Vinoqradov erməni kilsəsinin ərazisində quraşdırılan və 2-ci Dünya Müharibəsi zamanı faşist qoşunlarının tərkibində SSRİ-yə qarşı vuruşan Qaregin Njdeyə (Ter-Arutyunyan) məxsus xatirə lövhəsini qara rənglə boyayıb.
Yeniavaz.com-un məlumatına görə, Vinoqradov bildirib ki, şəhər rəhbərliyi faşist Njdeyə qoyulan xatirə lövhəsini noyabrın 11-ə kimi sökəcəyinə söz versə də, buna əməl etməyib. Deputat deyib ki, ona görə də bu məsələ özüm həll etməyə qərar verdim.
Məlumat üçün bildirək ki, Rusiya Xarici İşlər Nazirliyinin bu ilin may ayında açıqladığı hesabatda faşist qoşunlarının tərkibində SSRİ-yə qarşı vuruşan Qaragen Njdeyə İrəvanda heykəl qoyulması açıq şəkildə pislənilib. Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının oktyabr ayının11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən çıxışı zamanı bildirib ki, Ermənistanın keçmiş hökuməti İrəvanın mərkəzində alman faşistlərinə Qaregin Njde ləqəbiylə xidmət edən faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə qoyub.
Rusiyanın Qaragin Njde ilə bağlı rəsmi mövqeyinə baxmayaraq ermənilər dəfələrlə təxribata əl atıblar.
Ötən ay Rusiya Dövlət Dumasında MDB üzrə komitənin sədri Leonid Kalaşnikov Armavir şəhərində ermənilərə məxsus kilsənin həyətinə qoyulan Qaragin Njdenin xatirə lövhəsinin sökülməsi üçün əlindən gələni edəcəyini bildirib. Leonid Kalaşnikovun bu açıqlmasından sonra ermənilər Armavir şəhərindəki "Monitor Krasnaya Ploşad" kinoteatrında Qaragin Njdeyə həsr olunan sənədli film nümayiş etdiriblər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Rusiya qanunlarına görə dövlət kilsə ərazisinə müdaxilə edə bilməz: "Amma Rusiyanın Qaragin Njde ilə bağlı rəsmi mövqeyi açıqlanıb".
Ötən gün isə erməni idmançı Rusiyanın Novorosiyski şəhərində keçirilən yarışda təxribata əl atıb. Belə ki, erməni idmançı Qriqor Matevosyan Çeçenistandan olan Muslim Çujaevlə döyüşdən sonra üzərində Qaregin Njdenin (Ter-Arutyunyan) şəkili olan paltarla rinqə çıxıb.
İlkin Uğur