Saatlarla məzarda uzanır, meditasiya edirlər - Tələbələrdən qeyri-adi addım


Nemeqan şəhərinin Rabut universitetinin həyətinə məzar qazılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Niderlandın Nemeyqan şəhərində tələbələr maraqlı bir eksperimet təşkil ediblər. Belə ki, tələbələr Rabut universitetinin həyətinə məzar qazaraq onu “təmizlənmə məzarı” adlandırıblar.
Onlar həmin məzara girərək ən azı 30 dəqiqə, ən çoxu isə 3 saat uzanır, eyni zamanda meditasiya edirlər. Bunu etməkdə məqsəd dünyanın ölümlü yer olduğunu xatırlamaq, israfı azaltmaq və həyatın mənasını dərk etməkdir.
Qeyd edək ki, layihənin tanıtımı məqsədiylə universitetin divarlarına “ölümü xatırlayın” yazısı altında elanlar asılıb. Layihə tələbələr arasında böyük marağa səbəb olub və onlar məzarda vaxt keçirmək üçün növbədə dayanıblar.
Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top