Sağlamlıq üçün şəxsi gigiyenaya riayət etmək önəmlidir. Bu məqsədlə müxtəlif vasitələrdən istifadə olunur. Bəzən isə normadan artıq təmizlik xəstəlik dərəcəsinə qədər gətirib çıxardır. Bu həm psixoloji həm də müxtəlif xəstəlik ola bilər. Məsələn, qulaq-burun təmizliyində istifadə olunan qulaq çöpləri xəstəlik yarada bilir. Mütəxəssislərin fikrincə qulaq təmizliyi prosesində edilən səhvlər ciddi fəsadlar doğura bilər. Buna görə də, belə hallarda diqqətli olmaq lazımdır.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, qulaq-burun və boğaz mütəxəssisi Murat Bınar qulaq çöplərinin təhlükəli olduğunu açıqlayıb.
Onun sözlərinə görə, qulaq çöpündən istifadə qulaq kanalında çirkin toplanması və zamanla böyüməsinə yol açır: “Məişətdə qulaq çirki hesab olunan maye əslində hər kəsdə olan təbii sekresiyadır. Yəni, qulaq içində ömrünü tamamlamış dəri artıqları, yağ və tər vəzilərinin ifrazatıdır. Qulaq çöpündən istifadə qulaq kanalında çirkin toplanması və zamanla böyüməsinə yol açır. Həmçinin diqqətsizlik zamanı qulaq yolu və qulaq pərdəsinə zərər verə bilər. Buna görə də qulaq təmizliyində qulaq çöpləri və qulağa daxil olacaq hər hansı vasitə tövsiyyə edilmir”.
M.Pınar eyni zamanda duşdan sonra qulaq çöpü yerinə təmiz dəsmal və ya salfetdən istifadə etməyi tövsiyyə edib.
Bundan başqa, qulağa su girməsi, qulaq ifrazatının şişməsi hallarında isə həmin şəxslər dərhal həkimə müraciət etməlidirlər. Əks təqdirdə qulaq çirki tıxanıqlığı, eşitmə azlığı, qulaqda su qalma hissi, ağrı və uğultu yarada bilər.