Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə Qarabağla bağlı kitab hədiyyə verib.
Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, iclasdan sonra Nikol Paşinyan Vladimir Putinə yaxınlaşaraq ona Vladimir Kazimirovun müəllifi olduğu "Qarabağa sülh" kitabını verir.
Məlumat üçün bildirək ki, Vladimir Kazimirov 1992-96-cə illərdə Qarabağ probleminin sülh yolu ilə həll olunması mqəsədilə yaradılan ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri olub. Ermənipərəst möqvqeyi ilə tanınan Vladimir Kazimirovun qələmə aldığı "Qarabağa sülh" kitabında Qarabağ münaqişəsinin tarixi ilə bağlı bir-çox məqam təhrif olunub. Təsadüfi deyil ki, bu kitabın İrəvanda da təqdimatı keçirilib.