Allahşükür Paşazadə: "Mollalardan heç vaxt, heç kim razı ola bilməz" - VİDEO


Gəncədəki İmamzadəni kimlər sökdürmək istəyirdi və bu planın qarşısını kim aldı?

Yeniavaz.com xəbər verir ki, illər boyu gizli qalan bu faktı Speys TV-nin efirində yayımlanan “Sadə həqiqətlər” verilişində Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə açıqlayıb.

Şeyx dini qurumun DTX-nın nəzarətində olmasına, Ayaz Mütəllibova və Əbdürəhman Vəzirova dediklərinə aydınlıq gətirib.

Məmurlarla bağlı da danışan şeyx qeyd edib ki, bəzən xırda məmurlar elə şərait yaradırlar ki, yüksək məmurlar əziyyət çəkir: "Mən həqiqəti deməliyəm".

Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə həmçinin mollalarla bağlı danışarkən bildirib ki, mollalardan heç vaxt, heç kim razı ola bilməz.

Xatırladaq ki, “Sadə həqiqətlər” verilişi bu gün saat 21:50-də yayımlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top