Üzərliyəm həvayam,
Yaman dərdə davayam.
Pis gözü, pis nəzəri,
Üstünüzdən azayam.
Bu sözlər əminik ki, hər bir evdə bir dəfə də olsa səslənib. Daha çox bəd-nəzərdən qorunmaq üçün istifadə etdiyimiz üzərliyin insan sağlamlığına olan faydalarından yəqin ki, bir çoxlarımız xəbərsizik. Belə ki, daha çox Afrika, Asya, Amerika kimi bölgələrdə yetişən üzərlik respublikamızda da yetişir.
Yeniavaz.com üzərliyin insan orqanizminə olan faydalarını təqdim edir:
Üzərliyin mistik qüvvələri haqqında yəqin ki, məlumatı olmayan şəxs tapılmaz. Elə Azərbaycanda da bu bitkidən yalnız pis göz nəfisdən qorunmaq üçün baş üzərindən fırlayaraq yandırırlar. İnanclara görə, üzərlik bədnəzərin düşmənidir. Məsələn, səhətində halsızlıq olan körpə uşağa üzərlik yandırılar. Toy məclislərində yandırılan üzərliyi qonaqların arasında gəzdirərlər. Hətta evlərin qapı-bacasından bədnəzərdən qoruyan vasitə kimi asırlar.
Bəs üzərliyin sağlamlığa olan faydaları nələrdir?
- Soyuqdəymə və qripin qarşısını alır;
- Saç tökülməsinin qarşısını alır;
- Revmatizma ağrılarını yüngülləşdirir;
- Bağırsaqda olan bakteriyaları öldürür;
- Çəki atmaqda köməkçi olur;
- Astma xəstəliyinə müsbət təsir edir;
- Epilepsiya xəstəliyində istifadə olunur.
Üzərlik toxumunu qurudulub dəmlənilir, daha sonra bal ilə qarışdırılaraq gündə 1 stəkan istifadə edilir. Bu qarışım bədəndəki mikrobları öldürür, soyuqdəymənin və qripin qarşısını alır.
Üzərliklə bağlı ən maraqlı məqam isə onun toplanma vaxtıdır. İnanclara görə, üzərliyi xoruz səsi çatmayan yerlərdən yığmaq lazımdır. Əfsanələrə əsasən, xoruz səsi eşitməyən üzərlik bədnəzərə qarşı daha çox təsirli olur. Yanan üzərliyin tüstüsü də çox xeyirlidir - mikrobları öldürür, sakitləşdirir, yuxusuzluqla mübarizə aparmağa kömək edir.