Ermənistanın Baş naziri Nikol Paşinyan Vanadzor (Qarakilsə) şəhərində keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ problemindən danışıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Paşinyan ötən ay Xankəndində səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə" sözünü yenidən təkrar edib.
Nikol Paşinyan deyib ki, Azərbaycan danışıqlar prosesini ərazi bütövlüyü çərçivəsində aparmaq istəyir: " "Əgər Azərbaycan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu iddia edirsə, bu tələbində qətidirsə, onda Ermənistan da Qarabağın Ermənistan olduğunu deməlidir və nöqtə qoymalıdır".