Goranboyda yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb.
Yeniavaz.com xəbər verir ki, hadisə bir qədər əvvəl rayonun Boluslu kənd orta məktəbində qeydə alınıb.
Dərs vaxtı məktəbin tavanı çöküb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Şagirdlər təhlükəsiz əraziyə çıxarılıb.
Yerli sakinlər bildirib ki, hadisə baş verən məktəb qəzalı vəziyyətdədir. 1967-ci ildə istifadəyə verilib. Təhsil ocağının sinif otaqları yararsız vəziyyətdədir. Valideynlər Boluslu kəndi ərazisində yeni məktəb binasının inşa edilməsinə ehtiyac olduğunu bildiriblər. Qeyd edək ki, Boluslu kəndində 1442 sakin yaşayır. Kənd orta məktəbində isə 232 şagird təhsil alır. Baş verən hadisə ilə bağlı adiyyatı qurumlar məlumatlandırlıb.