Azərbaycanlı iş adamı bir ildə onlarla şirkət açmışdı - İndi ləğv edir + SİYAHI


Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 187 A ünvanında qeydiyyatda olan və qanuni təmsilçiləri eyni şəxs olan 11 şirkət ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, qanuni təmsilçiləri Məmmədov Fəxrəddin Abuzər oğlu olan bu şirkətlər ləğv olunmazdan əvvəl yenə də qanuni təmsilçisi Məmmədov Fəxrəddin Abuzər oğlu olan "Fatih Holding" MMC-yə birləşdiklərini elan ediblər.
Maraqlıdır ki, ləğv olunan 11 şirkətdən əlavə qanuni təmsilçisi Məmmədov Fəxrəddin Abuzər oğlu olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 187 A ünvanında qeydiyyatda olan başqa şirkətlər də mövcuddur. 
Qeyd edək ki, 2016-cı ildə vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılan hüquqi şəxslərin rəhbərləri arasında Məmmədov Fəxrəddin Abuzər oğlunun da adı yer alıb. Bu şəxsə məxsus olan 5 şirkətin vergi borcunun olduğu bildirilib.

Onu da bildirək ki, təxminən iki il ərzində eyni ünvanda, eyni şəxsin rəhbər olduğu onlarla şirkətin təsis olunması birmənalı qarşılanmamaqdadır.  2016-cı ildə mətbuatda yer alan xəbərlərdə qeyd olunurdu ki, bu şəxsin qanuni təmsilçi olduğu şirkətlər Sumqayıt şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olub.


DİGƏR XƏBƏRLƏR

Top