Bakıda qızlar maşınlardan birinə zərər vururlar.
Yeniavaz.com xəbər verir ki, görüntüləri Baku.ws saytı yayıb. Verilən məlumata görə, gecə saatlarında 2 qız avtomobili cızaraq, ona ziyan vurur. “Qara “Audi” markalı, 10 LH 181 nömrə nişanlı avtomobil mənə məxsusdur. Avtomobilimi gecə saat 4-5 radələrində 2 qadın cızıb”, - deyə maşın sahibi bildirib. Həmin şəxs iddia edir ki, bu hal artıq ikinci dəfədir baş verir. Hadisə Hüseyn Cavid prospekti 73 ünvanında yerləşən yeni tikilinin yerləşdiyi qarajda baş verib.