MDB ölkələrində insanlar neçə il pensiya ala bilirlər? - CƏDVƏL


Azərbaycanda orta ömür müddəti ilə pensiya yaşı arasındakı fərq 12,9 ilə (gözlənilən pensiya ödənişi müddəti) bərabərdir. Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistikaya istinadən bildirir ki, Azərbaycanda orta ömür müddəti 75,4 ilə (qadınlarda 77,8 il, kişilərdə 73,1 il) bərabərdir. Pensiya yaşı isə bu ilin yanvar ayının 1-nə 62,5-ə (qadınlarda 61 yaş, kişilərdə 64 yaş) bərabər olub.
Rəsmi statistikadan fərqli olaraq Beynəlxalq Səhiyyə Təşkilatı 2016-cı ildə Azərbaycanda orta ömür müddətinin 72,7 ilə bərabər olduğunu açıqlayıb. Beynəlxalq Səhiyyə Təşkilatının və 2016-cı il üçün pensiya yaşını (61,5 yaş) nəzərə aldığımız zaman Azərbaycanda gözlənilən pensiya ödənişi müddəti 11,2 il olur.
Gözlənilən pensiya ödənişi müddətinin Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrdə hansı səviyyədə olduğunu hesablaya bilmək üçün MDB Dövlətlərarası Statistika Komitəsinin açıqladığı rəqəmlərə istinad etdik. Məlumat üçün bildirək ki, bu göstəricilər hər bir ölkənin milli statistika qurumlarının açıqladığı məlumatlar əsasında tərtib olunur.  Hazırda MDB-də ən uzunömürlü insanlar Azərbaycan və Ermənistanda yaşayırlar. Hər iki ölkədə orta ömür müddəti 75,4 ilə ilə bərabərdir. Azərbaycanda pensiya yaşının 62,5 yaş, Ermənistanda isə 63 yaş olduğunu nəzərə alsaq o zaman Azərbaycanda gözlənilən pensiya ödənişi müddəti 12,9 ilə, Ermənistanda isə 12,4 ilə bərabərdir.
Özbəkistanda bu göstərici 16,2 ilə, Belarusda 15,9 ilə, Rusiya 15,2 ilə, Tacikistanda 14,4 ilə, Ukraynada 13 ilə, Moldovada 12,7 ilə, Qazaxıstanda 11,9 ilə, Qırğızıstanda isə 10,6 ilə bərabərdir.

 

DİGƏR XƏBƏRLƏR

Top