MOİK "Real"ı darmadağın etdi, amma qrupda qaldı


UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində "Real Madrid"lə Rusiyanın MOİK komandası qarşılaşıb.

 "G" qrupunun oyunu "Santiaqo Bernabeu" stadionunda baş tutub, qonaq komanda madridlilərin qapısından 3 cavabsız qol keçirib.

Oyunda hesabı 37-ci dəqiqədə Fyodor Çalov açıb, 6 dəqiqə sonra hesabda fərq artıb - Georgi Şennikov fərqlənib. Oyunda sonuncu qolu Arnor Siqurdson vurub. Beləliklə oyun 0:3 MOİK komandasının qəlbəsi yekunlaşıb.

Qrupun digər oyunu Çexiyada keçirilib. "Viktoria Plzen" İtaliyanın "Roma"sını qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.Qollar: Yan Kovarik (62' - 1:0), Çengiz Ündər (68' - 1:1), Tomas Çori (72' - 2:1).

Nəticə etibarı ilə, "Real Madrid" və "Roma" klubları Çempionlar Liqasının, "Viktoria Plzen" isə (MOİK-lə şəxsi görüşlərin nəticəsinə görə) Avropa Liqasının "pley-off" mərhələsinə vəsiqə qazanıb. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top