Rusiyanın məşhur kanalı Bakıdan geniş reportaj hazırladı - VİDEO

Rusiyanın məşhur idman kanalı olan “Matç TV” Bakı haqqında 15 dəqiqəlik süjet hazırlayıb.

Süjetdə 2020-ci ildə Bakıda Olimpiya Stadionunda keçiriləcək futbol üzrə Avropa Çempionatının dörd oyunu barədə söz açılıb.

Proqramın aparıcısı izləyicilərə Azərbaycan barəsində, ölkəmizdə yetişən meyvələr və ədviyyatlar, həmçinin oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu haqqında məlumat verib.

O, azərbaycanlı xanımların hansı səviyyədə futbol azarkeşi olması ilə maraqlanıb, əfsanəvi Tofiq Bəhramov barəsində maraqlı məlumatlar təqdim edib.

Proqramın sonunda AFFA-nın baş katibi Elxan Məmmədov Rusiya millisinə Avro-2020-yə düşməyi və final oyununu Bakıda keçirməyi arzulayıb.

Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının 4 oyunu Bakıda baş tutacaq. 4 matçdan 3-ü C qrupunun oyunları, biri isə 1/4 final oyunu olacaq. Oyunlar 13, 17, 21 iyun və 4 iyulda keçiriləcək. (Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top