Moskva Rusiya və Ukrayna münasibətlərinin normallaşdırılması üçün vasitəçilik səylərinə ehtiyac görmür, kömək etmək istəyənlər Kiyevə təsir edə bilərlər.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəflər arasında vasitəçilik etmək niyyətinə münasibət bildirərkən deyib.
O bildirib: “Moskva Ukraya tərəfindən qəsdən törədilən gərginliyin azaldılmasına xidmət etməyə hazır olan hər kəsə minnətdardır. Lakin hansısa vasitəçilik səylərinə ehtiyac görmür: belə imkanı olanlar və bunu arzu edənlər rəsmi Kiyevə təsir göstərə bilər”.