Çeçenistandan olan beş yaşlı Rəhim Kuriyev 2,5 saat ərzində bir yanaşmaya 3202 dəfə jim edərək dünya rekordu müəyyənləşdirib. Yeniavaz.com “RİA Novosti” saytına istinadla xəbər verir ki, bunu Rusiya Ginnes Rekordlarının baş katibi Stanislav Konenko deyib.
Onun sözlərinə görə, Rusiya Ginnes Rekordlarının mütəxəssisləri R. Kuriyevin nailiyyətini rəsmi olaraq qeydə alıblar: “5 yaşlı uşaq öz bacarığını Qroznı televiziyasının studiyasında mütəxəssislərə nümayiş etdirib. Rəhim 2 saat 30 dəqiqə ərzində birdəfəyə 3202 dəfə jim edib. Biz onu rəsmi olaraq qeydə aldıq”.
Xatırladaq ki, R.Kuriyev daha əvvəl 2 saat 26 dəqiqə ərzində dayanmadan 4105 dəfə jim etmişdi. Lakin Rusiya Ginnesin Rekordlar nümayəndələrinin bəzi suallarını yarandığına görə rekord rəsmən qeydə alınmamışdı.