Paytaxtı tərk edənlərə hökumət 26 min dollar verəcək


Yaponiya hökuməti son 22 ildə əhalinin kəskin şəkildə toplaşdığı paytaxt Tokioda sıxlığı tənzimləmək üçün maraqlı bir üsul tətbiq edəcək.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakimiyyət, yaşayış yerini dəyişərək, Tokiodan başqa bir şəhərə köçənlərə 26 min dollar verməyi planlaşdırır.
Bu hal yalnız şəhərin 23 mərkəzi prospektində məskunlaşan insanlara aid ediləcək. Hökumət hələ ki insanların hansi məsafədə uzaqlığa köçmələri haqqında açıqlama verməyib.
2018-ci ilin sentyabr ayına olan statistikaya əsasən paytaxt Tokionun əhalisi 38 milyon 140 min nəfərdir. Bunlardan 13 milyon 839 min nəfəri isə şəhərin mərkəzində məskunlaşıb.
Qeyd edək ki, Yaponiyada əhalinin artım faizi aşağı düşərkən yaşlı təbəqə hər ötən il daha da artmaqdadır.
 

DİGƏR XƏBƏRLƏR

Top