Kəmaləddin Heydərov Gəncədə partlayış baş vermiş ərazidə - İLK AÇIQLAMA - VİDEO


​Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Gəncədə yaşayış binasında baş vermiş partlayışla bağlı jurnalistlərə açıqlama verib. Yeniavaz.com xəbər verir ki, hazırda hadisə yerində olan nazir bildirib ki, ilkin ehtimala görə, partlayış binanın 2-ci mərtəbəsindəki mənzildə qaz sızmasından baş verib.  
Nazir dağıntılar altından 3 nəfərin cəsədinin çıxarıldığını, 1 nəfərin isə ağır yaralı olduğunu bildirib: "Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Əgər dağıntılar altında insan qalmadığı müəyyənləşdirilərsə, təmizləmə işlərinə başlanılacaq. Partlayış nəticəsində binaya dəymiş ziyan qiymətləndiriləcək və konkret qərar veriləcək".

***
10:57
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hazırda Gəncədə - partlayış baş vermiş ərazidədir. Bu barədə Yeniavaz.com saytının hadisə yerində olan əməkdaşı məlumat verib. Kəmaləddin Heydərov xilasetmə əməliyyatı ilə bağlı görülən işlərə şəxsən nəzarət edir. Hazırda ərazidə çadırlar qurulur, mənzilləri dağılan vətəndaşlara yardımlar göstərilir.
Qeyd edək ki, hadisə partlayış Kəpəz rayonunda dördmərtəbəli binada olub. 
Nəticədə binanın blokunun bir hissəsi çöküb.

​Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top