ABŞ Türkiyənin İncirlik bazasına alternativ tapdı


Rəsmi Afina ABŞ-ın Yunanıstanın Volos, Larisa və Dedeağac şəhərlərində hərbi baza yaratmasını təklif edib. Yunanıstanın müdafiə naziri Panos Kammenos Amerikaya rəsmi səfəri zamanı Pentaqonun rəhbəri Ceym Mettis ilə görüşündə belə təklif səsləndirib. “Yunanıstan ABŞ-ı özünün yeganə strateji müttəfiqi və tərəfdaşı sayır. ABŞ-ın sadəcə Sudada deyil, Volos, Larisa və Dedeağac da daimi hərbi qüvvə saxlaması Yunanıstan üçün önəmlidir”, – deyə Kammenos vurğulayıb.

ABŞ müdafiə naziri Ceyms Mettis isə yunan həmkarının təklifini müsbət dəyərləndirib: “Nazir Kammenos bu gün belə bir mövzunu gündəmə gətirdi. Bizim üçün açıq qapı var. Hərbi qüvvələrimizi Avropada necə yerləşdirəcəyimiz məsələsində yaxın müttəfiqimiz Yunanıstan ilə əməkdaşlığa hər zaman açığıq. Bu, Yunanıstanın suverenlik hüququnu və ABŞ-ı maraqlandıran bir mövzudur və məsələni birlikdə incələyəcəyik”.

Yunanıstan KİV-ləri isə yazır ki, ABŞ Yunanıstanın Qrit adasındakı Suda hərbi bazasını genişlətdirmək istəyir və buranı Türkiyənin İncirlik bazasına alternativ kimi nəzərdən keçirir. Bundan əvvəl isə ABŞ hərbi helikopterlərini Şərqi Avropaya göndərmək üçün Dedeağac limanından istifadə edib. Larisada isə ABŞ-ın “MQ9” hücum-kəşfiyyat təyinatlı pilotsuz uçuş aparatları yerləşdirilib. (Azvision.az)

DİGƏR XƏBƏRLƏR

Top