Qarabağ kanalında baş verən su sızması bərpa olunub


Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində baş vermiş su sızmasının qarşısını almaq üçün aparılan təmir və bərpa işləri başa çatıb.

Bu barədə Yuxarı Qarabağ kanalının İstismarı İdarəsinin rəisi Şakir İmanov məlumat verib.

"Kanalın 83 km-də baş vermiş su sızmasının qarşısı alınıb. İki gün davam edən bərpa işləri yekunlaşıb. Hazırda kanalda su axını normal qaydada davam edir."

Qarabağ kanalının aşağı hissəsindən kəhriz keçdiyindən topraq yuyularaq su sizması baş verib. (report)

DİGƏR XƏBƏRLƏR

Top