Prezident İlham Əliyev Lerik rayonunun Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sərəncama əsasən, doqquz min nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirən Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.