Yerevanın Respublika meydanında baş nazir Nikol Paşinyanın çağırdığı mitinq başlayıb. Mitinqdə Paşinyan baş nazir postunda olduğu 100 günə yekun vurur. Ermənistan paytaxtının əsas meydanında yüz minlərlə insan ölkənin hazırkı hökumətini və N.Paşinyanı dəstəkləmək üçün toplaşıb.
“Bu mitinq heç kimə qarşı yönəlməyib”, - Paşinyan bildirib və əlavə edib ki, aksiya yalnız xalqın “məxməri inqilab”da qələbəsinin 100 gününü simvolizə edir.
O həmçinin qeyd edib ki, baş vermiş hadisə məhz inqilab idi, çünki idarəçilik sistemi dəyişdirilib. (virtualaz.og)
yerevan