ATV kanalının ən reytinqli serialı olan “Vicdan haqqı” tamaşaçılarla vidalaşıb. Yeniavaz.com Qafqazinfo-ya istinadən xəbər verir ki, iki sezondur ki, yayımlanan ekran işinin ötən gün finalı baş tutub.
Layihə 97-ci bölümdə tamaşaçılarla vidalaşıb. Bundan əvvəl isə layihənin sonuncu bölümünün premyerası 3 iyul tarixində Nizami Kino Mərkəzində baş tutub.
Xatırladaq ki, Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş serialda Hicran Nəsirova, Elxan Yunis, İlham Hüseynov, Kəmalə Müzəffər kimi tanınmış simalar rol alıb.