Nigeriyada əhali sarı qızdırma xəstəliyindən vaksinasiya ediləcək, ilin sonunadək 25 milyon nəfərin peyvənd edilməsi planlaşdırılır. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, 2017-ci il sentyabrın 12-dən 2018-ci il iyunun 3-dək ölkənin bütün altı ştatında sarı qızdırmaya bənzəyən 1903 hal qeydə alınıb. Qeyd edək ki, sarı qızdırma təhlükəli infeksiya xəstəliyidir, isti rütubətli iqlimi olan ölkələrdə ağcaqanad sancması yolu ilə yayılır.