Anar Bağırov: "Qəbul zamanı kiminsə partiya mənsubiyyəti və dini mənsubiyyətini yoxlamırıq"

"Bəzi müxalifyönlü partiya mənsubiyyətli hüquqşünaslara vəkilliyə qəbul imtahanlarında suni problemlərin yaradılması ilə bağlı ittihamlar həqiqəti əks etdirmir". Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O qeyd edib ki, Vəkillər Kollegiyasına qəbul zamanı heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz: "Bizdə imtahanlardan kəsilənlər sırasında dövlət qulluğunda olanlar və YAP-ın üzvləri də var. Bəs onların imtahandan kəsilmələrinə nə bəhanə edirlər? Qəbul zamanı kiminsə partiya mənsubiyyəti və dini mənsubiyyətini yoxlamırıq. İmtahanlardan kəsilənlər sırasında digər partiya mənsubiyyəti olanlar da var". (Report)

DİGƏR XƏBƏRLƏR

Top