Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Poylu stansiyasında baş verib. Belə ki, Ağstafa rayon sakini, 1966-cı il təvəllüdlü Mirəhməd Malik oğlu İsgəndərov mübahisə zəminində bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumatlara görə, M.İsgəndərov yeznəsi tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır. Report