Ötən ay Mərkəzi Bankın valyuta ehtiyatları 33,2 milyon dollar və ya 0,64% artaraq 5 milyard 200,7 milyon dollara yüksəlib. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinədən bildirir ki, ötən bir il ərzində valyuta ehtiyatları 1 milyard 34,8 milyon dollar və ya 25%, bu il ərzində isə 1 milyard 226,3 milyon dollar və ya 30,86% artıb. Qeyd edək ki, 2016-ci ilin oktyabr ayının əvvəlində Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 5,5 milyon dollar həddində olub.
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin iyul ayında tarixi zirvəyə - 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan - avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ən kəskin azalma isə 2014-cü ilin dekabr ayında baş verib - 1 milyard 238 milyon dollar.
Onu da bildirək ki, Mərkəzi Bankın valyuta ehtiyyatları 2008-ci il ərzində 2 dəfəyə yaxın (45%) artaraq 3 milyard 370,4 milyon dollardan 6 milyard 137 milyon dollara qədər yüksəldiyi halda, 2009-cu ildə 15,9% və ya 976 milyon dollar azalaraq 5 milyard 161 milyon dollara düşüb. Bundan başqa, valyuta ehtiyatları 2010-cu ildə 19,5% və ya 1 milyard 245,9 milyon dollar artaraq 6 milyard 407 milyon dollara, 2011-ci ildə isə 63,5% və ya 4 milyard 73,9 milyon dollar artaraq 10 milyard 481,5 milyon dollara yüksəlib. 2012-ci idə isə 11,5% və 1 milyard 213,3 milyon dollar artaraq 11 milyard 694,8 milyon dollara çatıb. 2013-cü ildə isə artım 35% və ya 3 milyard 670,5 milyon dollar təşkil edib. 2014-cü ildə 2,8% və ya 393,7 milyon dollar azalaraq 13 milyard 758,3 milyon dollara düşüb. 2015-ci ildə azalma 2,7 dəfə və ya 8 milyard 741,6 milyon dollar təşkil edib. 2016-cı ildə isə 20,7% və ya 1 milyard 42,3 milyon dollar azalaraq 3 milyard 974,4 milyon dollar səviyyəsinə düşüb.
Son 11 ildə Mərkəzi Bankın valyuta ehtiyatları: |
|
TARİX |
VALYUTA EHTİYATLARI |
31.12.2006 |
1 967,3 mln. $ |
30.11.2007 |
3 370,4 mln. $ |
30.12.2008 |
6 137 mln. $ |
29.12.2009 |
5 161,7 mln. $ |
30.12.2010 |
6 407,6 mln. $ |
30.12.2011 |
10 481,5 mln. $ |
31.12.2012 |
11 694,8 mln. $ |
30.12.2013 |
14 152 mln. $ |
31.12.2014 |
13 758,3 mln. $ |
30.12.2015 |
5 016,7 mln. $ |
30.12.2016 |
3 974,4 mln. $ |
31.10.2017 |
5 200,7 mln. $ |