Ərdoğan Bakıdan xatirə olaraq çəkic aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-da Bakıda açılışı həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivisini vurduğu böyük çəkici xatirə olaraq Türkiyəyə aparıb.

“Yeniavaz.com”un “YeniŞafak” qəzetinə istinadən verdiyi məlumata görə, açılışdan əvvəl mərasimdə iştirak etmiş R. T. Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili çivləri vurduqları çəkiclərlə nə edəcəklərini bilməyiblər. Ancaq R. T. Ərdoğan çəkici Türkiyədən olan səlahiyyətli şəxslərə verdikdən sonra onlar da çəkicləri arxalarında dayanmış səlahiyyətli şəxslərə veriblər.

DİGƏR XƏBƏRLƏR

Top