ABŞ-ın Rusiya üzrə xüsusi prokuroru ilk ittihamları irəli sürüb

Vaşinqtonun Məhkəmə İclasçıları Federal Məhkəməsi ABŞ-ın "Rusiya müdaxiləsi" üzrə xüsusi prokuroru Robert Müller tərəfindən irəli sürülmüş birinci ittihamları təsdiq edib. Bu haqda məlumatlı mənbələrə istinadən "CNN" bildirib. Lakin telekanal detalları dəqiqləşdirmir və adları sadalamayır. Çünki sənədlər möhürlənib. Həmçinin ittihamların xarakteri naməlumdur. Gözlənilir ki, bazar ertəsi, oktyabrın 30-da ittihamların təqdim edildiyi bəzi şəxslər həbs edilə bilərlər. Müllerin nümayəndəsi şərh verməkdən imtina edib.Report

DİGƏR XƏBƏRLƏR

Top