Quba rayonunun keçmiş icra başçısı Mübariz Ağayevə məxsus olduğu bildirilən yaşayış evində yanğn baş verib. “Yeniavaz.com”a daxil olan məlumatda bildirilir ki, yanğın bu saatlarda hələ də davam edir.
Qeyd edək ki, Mübariz Ağayev 2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015-2016-cı illərdə isə yenidən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.