Paytaxtın "Hüseyn Cavid" prospektindəki parkomant aparatlarından biri sındırılıb. Səhər saatlarında bir kişi parkomanta yaxınlaşaraq yumruq və təpik vurub. Sərxoş olduğu güman edilən kişi qışqıraraq "Mənə Samaraya bilet lazımdır",-deyə qışqırırmış. Yerli sakinlərin müraciəti əsasında hadisə yerinə gələn polis həmin şəxsi saxlayıb. Parkomant aparatı tamamilə yararsız hala düşüb.Trend