"Daimler", "Mercedes-Benz" avtomobil və "Daimler Trucks" vahidlərini ayırmaq məqsədilə yenidənqurmaya gedir. Şirkət bunun üçün 118 milyon dollarlıq vəsait də ayırıb. "Daimler", daha çevik bir struktura sahib olmağı hədəfləyir.
Şirkətin Maliyyə direktoru Bodo Uebber məsələ ilə bağlı verdiyi açıqlamasında, "Sadəcə, müştərilərimizə mümkün qədər yaxın olmaqla kifayətlənməməli, həmçinin bazardakı proseslərə uyğun mümkün qədər sürətli və çevik hərəkət edə bilməliyik", - deyib.
Ötən il 181 milyard dollarlıq satış həyata keçirən şirkət, sahib olduğu obyektlərdən heç birini satmaq kimi bir planlarının olmadığını da bildirib.
Bölünmənin baş verməsi vəziyyətində "Mercedes-Benz", ana şirkəti "Daimlər"dən ayrılaraq fəaliyyətlərini müstəqil şəkildə aparacaq.
Məsələ ilə bağlı məlumat verən başqa bir mənbə isə "Daimler"in hər biri müstəqil üç şirkətə bölünəcəyini deyib. marja