Neftin qiyməti artmaqda davam edir.
“Yeniavaz.com”un “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, neftin qiymətinin artmasına səbəb kimi İraq ordusunun Kərkükdə əməliyyatlara başlaması və ABŞ-ın İrana qarşı hərbi ritorikası göstərilir. Belə ki, “Brent” markalı neftin qiyməti bu gün 58 dollar səviyyəsini ötüb. Analitiklər hesab edirlər ki, yaxın vaxtlarda neftin qiyməti 1 barelə görə 60 dollaradək arta bilər.