Suriya hökumət qoşunları koalisiya qüvvələri ilə birlikdə Məyadin şəhəri (Dəyr əz-Zur vilayəti) üzərində nəzarəti bərpa ediblər.
“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, şəhər İŞİD terror qruplaşmasının silahlılarından təmizlənib. Birgə əməliyyat zamanı xeyli dayda terrorçu məhv edilib. Qeyd edək ki, Məyadin indiyədək İŞİD-in nəzarətində qalmış ən iri yaşayış məntəqəsi idi.