Rusiyada bədən tərbiyəsi dərslərində 211 şagird ölüb

2016-cı ildə Rusiyada bədən tərbiyəsi dərslərində 211 şagird ölüb. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva Federasiya Şurasının iclasında deyib. Onun sözlərinə görə, məlumatların fərdi qorunması heç nəyə gətirib çıxarmayıb: “Bizim tibbi kartlarımız yoxdur, uşaqların nə ilə xəstələndiyini bilmirik”. Hazırda nazirlik daha əvvəl mövcud olmuş həkimlərin müəyyənləşdirdiyi sağlamlıq qruplarına qayıtmağı planlaşdırır. Bu, yüklənməni differensiallaşdırmağa və hər bir müəllimi uşaqların diaqnozu barədə məlumatlandırmağa imkan verəcək.

DİGƏR XƏBƏRLƏR

Top