Rusiya Prezidenti Vladimir Putinə həmişə oğul ehtiramı ilə yanaşmışam və yanaşacam. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Çeçenistanın başçısı Ramzan Kadırov V. Putini 65 illik yubileyi ilə təbrik edərkən deyib. O özünün “Telegram” kanalında yazıb: “Təkcə ölkəmizin deyil, həm də digər ölkə vətəndaşlarının onu təbrik etməsini görmək mənə xoşdur. Yalnız böyük və cəsarətli ruhu olan insan bütün dünya üzrə insanların ürəklərini fəth edə bilər”.