Meyxanaçı həmkarını bıçaqlayıb YENİLƏNİB

Meyxanaçı Rəşad Dağlı tərəfindən bıçaqlandığı deyilən həmkarı Rüfət Nasosnu danışıb.

O, açıqlamasında yayılan məlumatı təkzib edərək belə cavab verib:

“Ayağımın birini kəsiblər, Gülhanədəyəm. Burada əlacımı tapa bilmirlər, gedirik Klivlentə. (gülür).

Xəbər yanlışdır. Quşdur da, buraxıblar. Həmin sayt zəng eləmişdi mənə, belə işlərə heyfislənirəm. Hansısa xəbər portalıdır, istəyir təcili bir şey eləsin, xəbər yaysın. Onlara da dedim ki, verərəm səni məhkəməyə, 10-15 min alaram səndən saytını bağlayaram”.

Qeyd edək ki, sözügedən xəbəri Ölkə.az saytı yayımlayıb. Qafqazinfo

***10:00

Məşhur meyxanaçı Rəşad Dağlı, Rüfət Nasosnu kimi tanınan həmkarını bıçaqlayıb.

Məclislərdən birində sözləri çəpləşən həmkarlar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra oturub danışmağa qərar verirlər. Söhbət zamanı tərəflərin qarşılıqlı ittihamı sonda Rəşadın Rüfəti bıçaqlamasıyla nəticələnir.

Qeyd edək ki, hazırda Rüfət ayağından yaralıdır. Ev şəraitində müalicə alan meyxanaçının Rəşad Dağlıdan şikayətçi olmadığı bildirilir. Olke.az

DİGƏR XƏBƏRLƏR

Top