Türkiyənin dövlət başçısı Rəcəb Tayib Ərdoğan bildirib ki, daha onun ölkəsinin Avropa Birliyinə üzv olmağa ehtiyacı yoxdur.
Bu barədə "Sabah" xəbər verib.
"Biz Türkiyənin 1963-cü ildə nümayiş etdirdiyi münasibətin – ölkənin ilk dəfə quruma daxil olması haqda xahişinin Avropa Birliyində düzgün başa düşülmədiyini görürük", deyə o bildirib.
Daha əvvəl Türkiyədə Avropa Birliyini birləşmə haqqında danışıqları "uşaq oyununa" çevirməməyə çağırıblar. Report