Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 350 kvadrat metr olan ikimərtəbəli 4 otaqlı evin hamamında lambirdən ibarət tavan 5 kvadrat metr sahədə və evin çardağı 10 kvadrat metr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.