Kasıblar üçün “iPhone” buraxılacaq

ABŞ-ın “Apple” şirkəti yeni “iPhone X” smartfonunu almaq üçün pulu çatmayan kəslər üçün “iPhone SE” büdcə versiyasını hazırlayıb.

“Yeniavaz.com”un “Ridus” saytına istinadən verdiyi məlumata görə, yeni smartfon çərçivəsiz “iPhone X”ın kiçildilmiş nüsxəsi olacaq və daha əlçatan qiymətə satılacaq. Qeyd edək ki, “Apple” yeni qacetini təqdim etdikdən sonra bir çox istifadəçi displeyin enindən narazı qalıb. İnsanlar kədərlənirlər ki, bu “kürəki” əldə tutmaq, eləcə də cibdə və ya çantada daşımaq çətin və narahatdır. Bununla əlaqədar “Apple” şirkəti “iPhone X”ın kiçildilmiş versiyasını hazırlayıb – diaqonalı cəmi 4,2 düym olan displeylə birlikdə “iPhone SE+”. Gələcək smartfonun eskizləri artıq peyda olub. Üz paneldə “Face ID” ilə iş üçün 5 meqapikselli kamera quraşdırılacaq, arxa paneldə isə 12 meqapikselli kamera yerləşdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top